Help Desk Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Noutbuk, masaüstü kompyuter, printer və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması,yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək; 
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin təmin edilməsi; 
  • Müraciət olunmuş sorğularının vaxtında və düzgün həll edilməsinin təmin edilməsi; 
  • Masaüstü və noutbuk kompyuterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı. 
  • Windows əməliyyat sistemində işləmə bacarığı 
  • Microsoft Office proqramlarından istifadə təcrübəsi 
  • İş masalarını domain sisteminə əlavə ədilməsi və sazlanılması. 
  • Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq 
  • Komputerlərin yığılması, sökülməsi,təmiri
  • Standart proqramların yazılması 
  • Əməliyyat sistemlərinin yazılması, əməliyyat sistemlərində və proqram təminatlarında çıxan problemlərin aşkar edilməsi

Namizədə tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsili
  • Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili bilmək arzu olunandır);

İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü) 
Əmək haqqı   500-700 azn

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində  “Help desk mütəxəssisi” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.