Satıcı

İşin təsviri

Şirniyyat mağazası üçün təcrübəli satıcı axtarılır.

Tələblər:

  • Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
  • Satış sahəsində təcrübə (üstünlükdür).
  • Komandada işləmə bacarığı.

Vəzifələr:

  • Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
  • Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
  • Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
  • Satış üçün malların hazırlanması.
  • Malların qiymət etiketlərinə nəzarət etmək.
  • Malların saxlama müddətinə nəzarət etmək.
  • Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.

Səlahiyyətlər:

  • məsuliyyət
  • dəqiqlik
  • stresə dözümlülük
  • ünsiyyətlilik
  • müştəriyə diqqətçilik

Maaş 450 + Satışdan Bonus

Mağazada olan bütün məhsullar haqqında tam və ətraflı məlumatlı olmaq

Mağazaya gələn müştəriləri səmimi, gülərüzlə və peşəkar şəkildə qarşılamaq

Müştəri ilə təkbətək ünsiyyət quraraq onların ehtiyacları haqqında məlumat əldə etmək.

Ünvan:

Yasamal ray. Nəriman Nərimanov-Sovetski.
Səbayil ray -Badamdart.
Bayıl.
Yasamal ray.-Həsən Bəy Zərdabi
Mərdəkən.
İş qrafiki: Növbə dəyişən olur, bəzən 1ci bəzən 2ci növbə.
İş saatı: tam iş günü (6 gün) ;
1ci növbə: 07:30 - 16:00
2ci növbə: 14:00 - 22:00
İstirahət günü: həftədə 1 gün;
Ofis yeri: Həsən bəy Zərdabi 78 V (İnşaatçılar metrosu)