Marketinq üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 170 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
 "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: Marketinq üzrə mütəxəssis 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Cəmiyyətin fəaliyyət göstərdiyi bazarın araşdırılması, bu sahədə tələb və təkliflərin analiz edilməsi və proqnozlar verilməsi;
• Cəmiyyətin məhsullarının satış mexanizminin hazırlanmasında iştirak edilməsi və satış həcminin proqnozlaşdırılması;
•  Marketinq planının hazırlanmasında və icrasında iştirak edilməsi;
• Marktinq planının icrasının və marketinq fəaliyyətinin effektivliyinin ölçülməsində iştirak edilməsi;
•  Marketinq büdcəsinin hazırlanmasında iştirak edilməsi;
• İctimaiyyətlə əlaqələrin qurulmasının təmin edilməsi;
• Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılması;
• Tədbirlərin keçirilməsinin təşkil edilməsi;
• Keçirilən tədbirlərə ictimaiyyətin diqqətinin cəlb edilməsi və yekun barədə məlumatın yayılması;
• Korporativ nəşrlərin, rəsmi WЕB-saytın, cəmiyyət tərəfindən istehsal edilən digər informasiya materiallarının konsepsiyasına nəzarət edilməsi;
• Press-relizlər, informasiya bülletenləri, təqvim cədvəllərinin hazırlanması;
• Sərgilərdə iştirak edilməsi, təqdimatların hazırlanması və əlaqədar promo aksiyaların təşkilinin yüksək səviyyədə aparılması;
• Mətbuat və KİV-nin əməkdaşları ilə əlaqələrin səmərəli qurulmasının təşkil edilməsi;
• Reklam şirkətləri ilə danışıqların təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər: 

Ali təhsil;
Ofis proqramları ilə işləmək bacarığı;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Marketinq sahəsində azı 3 il iş stajı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı;
Komandada işləmə bacarığı;
Xoş gorünüşlü, gülərüz;
Aktiv və çalışqan.

İş yeri Ə. Rəcəbli ¼ ünvanında yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.