Keyfiyyətə nəzarət üzrə menecer

İşin təsviri

İş barədə məlumat:

  • İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
  • Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər,
  • Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə  uyğunluğuna nəzarət etmək.
  • İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
  • Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
  • Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 1000 AZN
  • Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər:

  • Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
  • Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
  • Qida sahəsində iş təcrübəsi mütləqdir
  • Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
  • Bu sahədə ən azı 3 illik iş təcrübəsi
  • Yaş 25-45 arası

Əlaqə nömrəsi (055) 205-05-36