Azərbaycan dili üzrə operator

  • Iktex
  • Elanın qoyulma tarixi: 06.04.2024

İşin təsviri

Əsas tələblər:

  • Azərbaycan dilini (qrammatikasını) və xüsusilə dilin fonetikasını (fonologiyasını) mükəmməl bilmək;
  • Azərbaycan dilində 10 barmaqlı yazma təcrübəsi, yüksək sürətlə (ən azı danışıq sürətində), az səhv etməklə klaviaturaya və ya ekrana baxmadan yaza bilmə qabiliyyəti;
  • Qulaq asaraq sinxron yazma (çap etmə) qabiliyyətinə malik olmaq, audio və video faylları dinləyərək real rejimdə Azərbaycan dilində mətn formada yazmaq qabiliyyəti;
  • Kompüterdən və ofis pqoqramlarından yaxşı istifadə etmək qabiliyyətinin olması;
  • Əmək intizamına riayət etmək.

İş barədə məlumat:

  • Həftə içi 5 gün
  • İş saatı: 09:00-dan - 18:00-dək
  • Maaş müsahibə əsasında (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq)

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Azərbaycan dili üzrə operator” mövzusu altında elekton ünvanına göndərə bilərlər.