Korporativ Katib

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Müşahidə Şurasının komitələrinin bütün üzvləri ilə səmərəli işləmək və bankın məqsədlərinə uyğun hərəkət etmək;
  • Müşahidə Şurasının Komitə sədrləri ilə birlikdə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün təkliflər verir; 
  • Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir. Həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
  • Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;
  • Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;
  • Bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.

Tələblər:

  • Maliyyə bazarları sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;
  • Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.
  • MS Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı.
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək.
  • Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

İşəgötürənin reytinqi