Pricep sürücüsü

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

Tələblər:

  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi- mütləqdir;
  • Yaş həddi: 30-50 yaş
  • İşə məhsuliyyətli yanaşmaq;
  • Sürücülük vəsiqəsi C, E

İş haqqında məlumat:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki- 6 gün, şənbə günü-qısa gün
  • Əmək haqqı 850 azn.
  • Yük maşını olduğu üçün iş əsasən gecə vaxtı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Pricep sürücüsü” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.