Mühafizə Bölmə Rəhbəri

İşin təsviri

Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2 (iki) ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı;
  • Rus dili üzrə orta səviyyədə biliklər arzuolunandır; 
  • Əməyin mühafizəsi, Mühafizə texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları sahəsində biliklər;
  • Mühafizə prosedurları üzrə biliklər;
  • Çeviklik və qısa zamanda qərar vermək bacarığı;
  • İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır;
  • Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək və bölmənin əməkdaşlarına təbliğ və tələb etmə.
  • Dərs zamanı, tənəffüs zamanı və dərsdən sonra məktəb həyətinin və ətrafın müşahidə cədvəlini tərtib etmək.
  • İş yerinə ziyan vura biləcək təhlükə və mümkün riskləri müəyyən etmək, onları qiymətləndirmək və qarşısını almaq. məqsədi ilə müvafiq təkliflər irəli sürmək və tədbirlər təşkil etmək.
  • Bölmə əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmaq və onların iş növbələrini təyin etmək.
  • Mühafizə əməkdaşları vəzifənin icrası üçün tələb olunan ləvazimatlarla təmin etmək və lazımi səviyyədə təlimatlandırmaq.
  • Xüsusi tədbirlər üçün Mühafizə əməliyyatlarını planlaşdırmaq və koordinasiya etmək.
  • Liseyə daxil olan qonaqların kimliyini aydınlaşdırmaq, qeydiyyatını aparmaq və çıxışından əmin olmaq.
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.

İş yeri: "Kaspi Liseyi" 

Son müraciət tarixi: 25.04.2024

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən

İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Kaspi Təhsil Şirkəti tərəfindən digər vakansiyalar