Maaş və Bonuslu Təcrübə Proqramı (Bakı, Tovuz, Qazax, Ağstafa, Masallı)

İşin təsviri

Vakansiya haqqında ümumi məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və təcrübə dövründə 10 yeni müştəri cəlb etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
  • Yaş həddi – 22-35;
  • Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;
  • Şirkətin daxili sistemini öyrənmək;
  • Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
  • Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;
  • Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;

Öhdəliklər:

  • Təcrübə dövründə aktiv iştirak etmək;
  • Təcrübə dövründə keçilənləri mənimsəmək və öz işində tətbiq etmək;
  • Təlimçi ilə  interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:

  • Ali təhsil alan və ya ali təhsil müəssisəsini son 5 ildə bitirmiş olmalı;
  • Satış bacarığına malik olmaq;
  • Analitik zəka, müştərilərlə işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Pozitiv ünsiyyət bacarığı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti və təminatlar:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Bank kartı ilə aylıq 175 AZN  ödəniş;
  • Maaşdan əlavə bonuslar;
  • Karyera yüksəlişi.

İş qrafiki:

  • Həftə içi 6 gün;
  • İş saatı: saat 09:00-dan 1:00-a, şənbə günü 10:00-16:00

Qeyd: Təcrübə proqramını uğurla başa vuran hər bir namizədə sertifikat veriləcək və təşkilatımızda işlə təmin olunacaq.

Müraciət üçün: CV formanızı email ünvanına başlıqda "Maaş və Bonuslu Təcrübə Proqramı" qeyd edərək göndərə bilərsiniz.