Dağ-mədən mühəndisi

İşin təsviri

İş barədə məlumat:

  • Yatağın istismarına nəzarət edilməsi;
  • Yatağın ümumi fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi,
  • Yatağın istismar planının hazırlanması;
  • Yatağın istismar planının hazırlanmasına, planlaşdırılmış müddətlərdə keyfiyyətli məhsulun istehsalına nəzarət edilməsi;
  • Gündəlik istehsalatın, qəbul olunan xammal, mal-materiallar və müxtəlif  ləvazimatların hesabatının hazırlanması, həmçinin həmin hesabatların qəbul edilməsi;
  • İşlərin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş və dağ-mədən işlərinə dair qanunvericiliyin tələblərinə riayət edilməsi;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
  • Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi;
  • Dağ-mədən işləri ilə əlaqədar sənədlərin hazırlanması;
  • Uçotların aparılması və lazımi hesabatların hazırlanması.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - dağ-mədən mühəndisi
  • Təhlükəsizlik standartlarına riayət etmək
  • Texniki və mühəndislik bilikləri
  • Analitik düşünmə bacarığı
  • Ətraf mühitin mühafizəsi
  • Layihə idarəetmə bacarıqları
  • Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası

İş yeri: Balaxanı ərazisi

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni e-mail ünvanına mövzu yerində “Dağ- mədən mühəndisi ” yazaraq göndərə bilərlər.