Şəbəkə administratoru

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Şəbəkə inzibatçılığı sahəsində minimum 5 il iş təcrübəsi;
  • LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar;
  • L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
  • Palo Alto, Cisco, F5 yeni nəsil firewalları ilə iş təcrübəsi;
  • Cisco ISE, Cisco CUCM, Cisco DNA Center, Vmware NSX, Panorama ilə işləmə bacarığı və iş təcrübəsi;
  • BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiq edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi (Core, Router və s);
  • VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • İSP keçidlərini tənzimləmək və bununla bağlı iş təcrübəsi;
  • DR keçid mərhələlərini tənzimləmək və bunun bağlı iş təcrübəsi;
  • VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər;
  • CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə;
  • Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı (wireshark);
  • Birdən çox tapşırığı yerinə yetirə bilmə, işi düzgün planlama və prioritetləşdirmə bacarığı;
  • Təşəbbüskarlıq göstərmək, ideya və yeniliklərlə çıxış etmək.
  • Məsuliyyətlilik və dürüstlük;
  • Müvafiq sahə üzrə peşakar sertifikatın (CCNP) olmasına üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək;
  • Yeni nəsil Firewall-ların, L2/L3 şəbəkə avadanlıqlarının, simsiz rabitə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqinin həyata keçirilməsi;
  • Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemlərin araşdırılmasıvə operativ həllinin təmin edilməsi;
  • RA VPN və Site-2-Site VPN tunellərin qurulması, sazlanması, müxtəlif qurumlar ilə sazlanmış mövcud VPN tunellərin dayanıqlılığını təmin etmək və müntəzəm monitorinqini aparmaq;
  • Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının daim son backup-larının olmasını təmin etmək (solarwinds);
  • Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq;
  • Bank və filallararası şəbəkənin stabilliyinin təmin ediləsi və optimallaşdırılması, provayderlərlə və digər firmarlarla danışıqların aparılması;
  • Sertifikatların, lisenziyaların qurulması, monitorinq sistemlərinin sazlanması (cacti, prtg, zabbix, netflow və s.);
  • Network , sistem və digər İT komandalarla birgə işləmək;
  • Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq;
  • CIC informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını aprel ayının 30-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Şəbəkə inzibatçısı” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

İşəgötürənin reytinqi