Anbardar

İşin təsviri

Namizədə tələblər:

  • Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi 
  • MS Office bilikləri
  • Komandada işləmək bacarığı
  • Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan 

İş barədə:

  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək  
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq 
  • Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək  
  • Anbardan mal çıxışına nəzarət etmək
  • Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq 
  • Malların yüklənilməsi/boşaldılması
  • Malların yerdəyişdirilməsini təmin etmək
  • Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi

Əmək haqqı:  500-700 AZN (müsahibə zamanı işçinin bacarıqları yoxlanıldıqdan sonra müəyyən ediləcək)  

İş qrafiki:  

  • 09:00-18:00 / 6 günlük iş həftəsi;
  • İstirahət günü: Bazar günü.

Müraciət forması:

  • Hər bir namizəd yalnız yuxarıda göstərilən vəzifələrdən birinə müraciət edə bilər;
  • Zəhmət olmasa bacarıqlarınız, bilikləriniz və təcrübənizlə ən uyğun olan vəzifəni seçin;
  • CV-nizi e-mail ünvanına mövzu hissəsində müraciət etmək istədiyiniz vəzifənin adını göstərərək göndərin.

Alotech.az tərəfindən digər vakansiyalar