Baş mexanik (Gəncə/Bakı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mexaniki problemlərin növləri və onların yaranma səbəblərini aşkar etmək
  • Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabatlar təqdim etmək
  • Mexaniklərin və çilingərlərin təlimatlandırılması və onların işlərinə nəzarət
  • İşlərin icrası zamanı təhlükəsizlik qaydalarına və normalarına əməl etmək
  • Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
  • Təmir edilmiş avtomobilin istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq, sınaqdan keçirmək və işə yararlılığını müəyyən etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi

Tələblər:

  • Şəxsi nəqliyyat vasitəsinin olması
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Müvafiq aktların bağlanılması, kilometrajin aparılması qaydalarını bilmək
  • İstehsalçıların təmir işlərinə dair kitabından istifadə etməyi bacarmaq
  • Sürücülük vəsiqəsi : BC

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

 

İşəgötürənin reytinqi