Elektrik mühəndisi (Şamaxı)

İşin təsviri

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel), Autocad proqramlarında işləməyi bilməli;
  • Elektrik quraşdırma və kollektiv işlərinin təşkili qaydalarını bilməli;
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.

Vəzifələr:

  • İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması;
  • Elektrik xəttlərinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
  • Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
  • İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Şamaxı rayonu;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Elektrik mühəndisi (Şamaxı)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi