Biznes araşdırmaları istiqamətinin kiçik mütəxəssisi/mütəxəssisi

  • Unibank
  • Elanın qoyulma tarixi: 03.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Pərakəndə məhsullar üzrə mütəmadi analizlərin aparılması, trendlərin, boşluqların müəyyən edilməsi və məhsulların inkişafı ilə bağlı təkliflər hazırlanması;
  • Müştəri davranışlarının təhlili;
  • Biznesin effektivliyini ölçmək və potensial inkişaf istiqamətlərini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin təhlil edilməsi;
  • Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün bazar araşdırması aparmaq;
  • Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etmək.

Tələblər:

  • İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil;
  • MC Office (xüsusilə Excel) və Oracle SQL proqramları ilə sərbəst işləmə bacarığı (Digər proqramlarla işləmək bacarığı üstünlükdür);
  • Azərbaycan və ingilis dillərini əla səviyyədə bilmək;
  • Bazar araşdırmalarına dair bilik və bacarıqlar;
  • Bank məhsulları və bank sektoru ilə bağlı məlumatlılıq;
  • Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
  • Mürəkkəb məlumatları aydın və yığcam şəkildə təqdim etmək bacarığı;
  • Kreativ və unikal ideyaların hazırlanması bacarığı.

İşəgötürənin reytinqi