Köməkçi hüquqşünas

İşin təsviri

Vəzifə təlimatları:

Müqavilələrin, sazişlərin və hüquqi xarakterli digər sənədlərin tərtib edilməsi və hüquqi təhlilinin aparılması;
Hüququn müxtəlif sahələrinə dair araşdırmalar və hüquqi təhlillər aparılması və müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətlər və rəylərin verilməsi;
İşəgötürənin fəaliyyəti ilə bağlı tələb edilən lisenziya, razılıq, icazə və bu xarakterli digər sənədlərin alınmasına nəzarət edilməsi və lazım olduqda, hüquqi dəstək göstərilməsi;
İşəgötürənin dövlət qeydiyyatına alınmalı olan məlumatlarında baş vermiş dəyişikliklərin müvafiq dövlət qurumunda vaxtında qeydiyyata alınmasını təmin etmək;
İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərlə danışıqların aparılması, İşəgötürənin dövlət orqanları, mediasiya və məhkəmələr, fiziki və hüquqi şəxslər, notariat qurumları qarşısında təmsil edilməsi;
İşəgötürənin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdiyi yeni normativ-hüquqi aktlar barədə müvafiq struktur bölmələrin vaxtaşırı məlumatlandırılması;
İşəgötürən və onun struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin və müəssisə daxili qayda və prosedurların işlənib hazırlanmasında iştirak edilməsi və hüquqi dəstək göstərilməsi;
İşəgötürənin idarəetmə orqanına və hüquq funksiyasının rəhbərinə hüquqi məsələlərin statusu ilə bağlı vaxtaşırı hesabatların təqdim edilməsi;
İşəgötürən və hüquq funksiyasının rəhbəri tərəfindən hüquq funksiyasının icrası ilə əlaqədar verilən hansı digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

Tələb olunan təhsil və təcrübə:

  • Ali hüquqi təhsil;
  • İş təcrübəsinin olması vacib deyil;
  • Korporativ və kommersiya hüququ sahəsində bilik və təcrübə.
  • Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı qabiliyyəti (Rus dili (orta) arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İşi düzgün təşkil etmə və təqdim etmə bacarığı və metodik yanaşma;
  • Öz təşəbbüslərindən  istifadə etmək bacarığı.

 

Əmək haqqı – 700 Azn

İşəgötürən: İdman Təşkilatı (İctimai Birlik)

Maraqlanan şəxslər CV-lərini [email protected]  elektron ünvanına mövzu yerində “Hüquqşünas” qeyd etməklə göndərə bilərlər.