Mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil;
  • Yaş: 30-40;
  • Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması;
  • Vergi və mühasibat uçotunu tam sərbəst şəkildə aparmalı;
  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
  • LOGO proqramında işləmə bacarığı üstünlükdür.
  • İstehsalat sahəsində təcrübəsi olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
  • Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF).

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • Əmək haqqı: 1500-2000 AZN (Gross)
  • Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Mühasib” qeyd etməklə email ünvanına göndərmələri xahiş olunur. 

Əlaqə nömrəsi: +994 55 500 54 12