Konstruktor

İşin təsviri

Tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; 
  • İnşaat norma və qaydalarını bilməli;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
  • AutoCad proqramında işləmə bacarığı (Lira-Sapr arzuolunandır);
  • Azərbaycan dili mükəmməl, İngilis və Rus dili arzuolunandır;
  • Komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Konstruktiv işçi layihənin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
  • Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin tərtibatı;
  • Sahədə yaranan sualların aradan qaldırılması;
  • Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması.

Əmək haqqı: Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur

İş qrafiki: Bazar ertəsi – Cümə; 9:00 – 18:00

Qeyd: Zəhmət olmasa, CV və portfolionuzu “Mövzü” bölməsinə müraciət etdiyiniz pozisiyanın adını qeyd edərək [email protected] (CC: [email protected]) elektron ünvanına göndərin.

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən digər vakansiyalar