Baş kassir

  • AGRO-VEST RETAIL
  • Elanın qoyulma tarixi: 02.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını bilməlidir;
  • Nəzarət - kassa aparatlarının istismarı qaydalarını bilməlidir;
  • Kassada istifadə olunan mövcud proqramı yüksək səviyyədə bilməlidir;
  • Təhsil: Ali təhsil arzuolunandır;
  • Komputer bilikləri: 1c / MS office;
  • İş təcrübəsi: 1 ilə qədər;
  • Yaş: 23-30.

Vəzifə öhdəlikləri:

  • Baş kassir müəssisədə istifadə olunan müxtəlif növ kassa aparatlarında işləməyin bütün üsullarını mükəmməl bilməlidir;
  • Kassanı ancaq mağazanın müdiri və ya müavinin icazəsi ilə tərk etməlidir;
  • Pul vəsaitlərinin qəbulu, buraxılması, uçotu və saxlanması qaydalarını;
  • Kassa kitabının aparılması, kassa hesabatlarının tərtib edilməsi qaydalarını;
  • Müəssisə üçün müəyyən edilmiş pul vəsaitlərinin qalıqları üzrə limitlər, onların təhlükəsizliyinin təmin edilməsi qaydaları
  • Kassa hesabatlarını hazırlayır;
  • Müəssisənin kassalarının fasiləsiz işləməsini təmin edir, kassaların işində ticarət qaydalarının pozulması hallarının olmamasına nəzarət edir.
  • Rəhbərlik uyğun gördüyü hallarda marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir;
  • Qaytarılan mallara görə alıcıya ödənişi, ancaq satış çeki əsasında və mağazanın müdir və ya menecerin iştirakı ilə həyata keçirməlidir;
  • Bundan əlavə kassirlərə nəzarət etməli, gün sonunda kassaları təhvil almalı və birbaşa rəhbərinə hesabat verməlidir.
  • İş zamanı təsdiqlənmiş iş geyimində olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır;
  • Rəhbərlərinin əmr və göstərişlərini vaxtında və dəqiq yerinə yetirməlidir;
  • Münaqişə hallarının qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür.
  • İntizamı, xarici görünüşü və xidmət mədəniyyəti ilə hamıya nümunə olmalıdırlar;
  • İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir;
  • Rəhbərliyin digər göstərişlərini yerinə yetirməlidir.

İş şərtləri:

  • Əmək haqqı: 650 azn;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş vaxtı: növbəli;
  • İstirahət günləri: Bazar günü.
  • Ərazi: Əcəmi filialı.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Baş kassir” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.