Satış koordinatoru

İşin təsviri

Təsvir:

  • Satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı;
  • Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
  • Sorğuların qəbul olunması, qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
  • Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi;
  • Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Satış planına uyğun işlərin aparılması;

Tələblər:

  • Təhsil : Ali təhsil
  • Təchizat sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dili və Rus dili əla səviyyədə.
  • Problemləri həll edə bilmə bacarığı və davamlı olaraq təkmilləşməyə yönümlü olmaq;
  • Komandada işləmə bacarığı;

İş şərtləri:

  • Həftə içi 5 gün;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə və mobil telefon;
  • Könüllü tibbi sığorta;

Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını elektron poçt ünvanına, mövzu hissəsinə “Satış koordinatoru” yazaraq göndərə bilərlər

İşəgötürənin reytinqi