Satış üzrə menecer

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 01.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • Yüksək ünsiyyət və təqdimat bacarığına sahib olmalı;
  • Müştəri yönümlü olması;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Yeni bazarları müəyyən etmək, şirkətin həmən bazarlarda potensialını gücləndirmək üçün təklif və tövsiyyələr vermək;
  • Şirkətin bazarda güclü və zəif tərəflərini müntəzəm analiz aparmaq və uyğun təklifləri irəli sürmək;
  • Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq;
  • Yerli bazar üzrə əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • Yerli bazar üzrə əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • Yerli bazar üzrə əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini - şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək
  • Yerli bazar əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması və  ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, “STP GLOBAL CABLE” MMC tərəfindən təqdim edilən məhsul və xidmətlərin çeşidi, keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Yeni müştərilərlə müqavilələrin bağlanması, müqavilələrə əlavələrin edilməsi və müqavilə şərtlərinin təsdiqi ilə bağlı danışıqlar aparır;
  • Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etməyi bacarmaq;
  • Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə menecer” yazaraq 01.05.2024-cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.