Front-end proqramçı

  • MPAY QSC
  • Elanın qoyulma tarixi: 01.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Veb tətbiqin kodlaşdırma işlərinin həyata keçirilməsi və tətbiqin fəaliyyəti dövründə ortaya çıxan xətaların aradan qaldırılması;
  • Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
  • Proqramçı səviyyəsində testlərin həyata keçirilməsi
  • Yeni texnologiyaların tətbiq edilməsi;
  • Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üçün komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
  • Komandaya yeni qoşulan həmkarlara dəstək olma, ehtiyac olduqda komanda daxilində müvafiq təlimlərin keçirilməsi.

Namizədə qoyulan tələblər:

  • Sahə üzrə 1.5-2 il iş təcrübəsi
  • JavaScript, TypeScript, HTML və CSS/SASS dillərində güclü bilik.
  • RESTful API və GraphQL ilə təcrübə.
  • Git kimi versiyaya nəzarət sistemləri ilə tanışlıq.
  • Next.js və React.js ilə iş təcrubəsi

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində Front-end proqramçı” yazılmalıdır.