Məhsul Meneceri

  • Sophistic Agency
  • Elanın qoyulma tarixi: 28.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş stabil və uzun müddətlidir. Namizəd hazırda əməkdaşlıq etdiyimiz FMCG sahəsində öz sözünü demiş şirkətin məhsul portfelinin müvafiq işlərinə cəlb olunacaq:
  • Yeni ideya konsepsiyalarının həyata keçirilməsi
  • Müvafiq araşdırılmaların aparılması, daxili və xarici istehlakçı tələbərinə uyğun dizaynların hazırlanması, daha operativ və praktik həllərin istehsalı
  • Dizayn baxımından yeni məhsullar üçün bazar ehtiyaclarının və istehlakçı tələblərinin təhlili
  • Yeni məhsulların dizaynlarının təkmilləşdirilməsi, imkanlar haqqında təkliflərin verilməsi
  • Dəyişən müştəri seçimlərinə cavab vermək üçün mövcud dizaynların dəyişdirilməsi və yenidən nəzərdən keçirilməsi
  • Məhsul konsepsiyasını anlamaq üçün məhsul meneceri və istehsalçılarla sıx əməkdaşlıq
  • Müvafiq sahə və məhsullar üzrə yeni trendlərdən xəbərdar olma
  •  Məhsul üzrə istehsalçılar (mühəndislər) ilə sıx əməkdaşlıq edilməsi və təşkili
  • Fəaliyyəti ilə bağlı həftəlik, aylıq hesabatların hazırlanması
  • Satışda olan məhsul və portfelləri haqqında dolğun məlumatın mənimsənilməsi

Tələblər:

  • Sahə üzrə ən az 3 il iş təcrübəsi
  • Müvafiq sahədə ali təhsil və/ və ya sertifikatın olması üstünlükdür
  • Məhsul strategiyası və vizyonu haqqında bilik
  • Dizayn prinsiplərini mükəmməl səviyyədə bilmək
  • Modern qrafika və dizayn alətlərinin, həllərinin mükəmməl istifadəçisi olmaq
  • Yüksək səviyyədə kreativlik və operativ işləmə bacarığı vacibdir
  • Liderlik, təqdimat, komandada işləmə bacarıqları
  • Şəxsi keyfiyyətlər: məhsuliyyət, punktuallıq və fikrini izah etmə qabiliyyəti
  • Namizəd mütləq iş təcrübəsini nümayiş etdirən portfolio təqdim etməlidir

Əməkhaqqı: Namizədə görə dəyişir.

İş şərtləri:

  • 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar

Müraciət qaydaları: 

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Product(Məhsul dizayner) designer” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Sophistic Agency tərəfindən digər vakansiyalar