Satış üzrə menecer

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Satışın inkişafı üzrə direktor müavinini bütün şöbə fəaliyyətlərində dəstəkləmək və onu əvəz edə bilmək.
  • Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
  • Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “PMD Hospitality Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
  • Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
  • Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
  • Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
  • Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
  • Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək.
  • Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, göstərişlərin və müqavilələrin hazırlanması, daimi bron yerləri və s. kimi məsələləri əlaqələndirmək və dəstəkləmək.
  • Təklif və müqavilələri tələb olunduğu şəkildə işləmək
  • Müştərilərlə əlaqə saxlamaq
  • Müqavilələrin nəticələrini işləmək və daxili kanallar vasitəsi ilə yaymaq.
  • Sahə yoxlamalarında, tanışlıq turlarında, ticarət sərgilərində və lazım gələndə Satış meneceri olmadıqda otel çərçivəsində onun fuksiyasını həyata keçirilməsində iştirak etmək
  • Satış komandası daxilində, eləcə də və “Food & Beverage”, “Guest Services” şöbəsinin işçiləri arasında effektiv komanda üzvü olmaq
  • Ezamiyyələrə açıq olmaq.
  • Tələb olunarsa, öz üzərinə əlavə vəzifə və öhdəliklər götürməyə hazır olmaq

Namizəd üçün tələblər:

  • Ali təhsil
  • Oteldə və turizm sahəsində satış təcrübəsi .
  • Azərbaycan və Rus dillərini yaxşı bilmək, İngilis dili arzuolunandır. 
  • MS Office (Word, Excell) yaxşı bilmək.
  • Müştəri yönümlülük və güclü ünsiyyət bacarıqları.
  • Effektiv təqdimat bacarığı.
  • Əməkdaşlıq və komandada işləmək bacarıqları.

Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində satış üzrə menecer qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə bazamızda saxlanılır.

İşəgötürənin reytinqi