İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- Mövcud proqram təminatlarında sorğular üzrə tələblərin icrası və mövcud proseslərin optimallaşdırılması;
 
	- İstifadəçi istəklərinə uyğun hesabat formalarının hazırlanması, testi və təhvili;
 
	- Biznes tələblərini təhlil və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
 
	- Proqram dəstək şöbəsinə gələn istəklərin ilkin analizi və layihə planının hazırlanması, layihələrin izlənməsi, layihələrin gedişatı haqqında rəhbərliyə hesabatların verilməsi;
 
	- Gələn sorğuların vaxtında icrası və SLA tələblərinin gözlənilməsi.
 
Tələb olunan bilik və bacarıqlar:
	- Komandada işləmək bacarığı;
 
	- Sürətli öyrənmə və araşdırma bacarığı;
 
	- Diqqətlilik.
 
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
	- İş təcrübəsi: minimum 2 il (Distribusiya sahəsi üzrə);
 
	- İngilis dilini texniki səviyyədə bilməli;
 
	- Kompüter bilikləri: LOGO Tiger ERP, T-SQL, Excel-i proqramlarını bilməli;
 
	- Proqram və əlavə yazılımların ən üst səviyyədə istifadə biliklərinə sahib olmalı.
 
İş şərtlərimiz:
	- İş qrafiki: Tam iş günü (5 gün);
 
	- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
 
	- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
 
Biz nə təklif edirik:
	- Əmək bazarında rəqabətli əməkhaqqı;
 
	- Peşəkar komanda mühiti;
 
	- Şirkət hesabına korporativ nömrə;
 
	- Könüllü tibbi sığorta;
 
	- Təlim və inkişaf imkanları.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram dəstək üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.