Receptionist

  • Pickvisa.az
  • Elanın qoyulma tarixi: 27.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə gələn qonaqların və müştərilərin nəzakətli qarşılanması, müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi və yönləndirilməsi, yola salınması;
  • Telefon zənglərinə cavab verilməsi, yönləndirilməsi;
  • Daxil olan telefon zənglərini və emailləri cavablandırmaq və yönləndirmək;
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edilməsi, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edilməsi;
  • Müəyyən sənədləşmələrin aparılması - (məktub, arayış, etibarnamə və digər sənədlərin yazılması,sənədlərin qeydiyyatı və uçotunu aparılması)
  • Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar və s.)
  • Obyektin ümumi sənədləşmə işlərinin həyata keçirilməsi (daxil olan və çıxan məktubların qeydiyyatı, nüsxənin saxlanılması
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
  • Tələb olunduqda müxtəlif digər vəzifələr.

Namizədə tələblər:

  • Cinsi: Qadın;
  • Orta ixtisas və ya ali təhsil;
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Kommunikasiya bacarığının olması;
  • Pozitiv, enerjili və öyrənməyə həvəsli;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili - əla, İngilis dili – orta
  • Komputer bilikləri: Microsoft Office Program (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00
  •  Əmək haqqı müsahibə əsnasında bildiriləcək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini e-mail ünvanına mövzu hissəsində  “Reception” – qeyd etməklə  göndərə bilər. 

Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Pickvisa.az tərəfindən digər vakansiyalar