Korporativ satış üzrə mütəxəssis (Azərekspresspoçt)

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 27.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq qrupu ilə birgə olaraq bazarının monitorinqi həyata keçirərək xidmətlərə olan tələbatı, rəqib fəaliyyəti və yeni trendləri izləmək;
  • Satış planına müfaviq olaraq B2B seqmentində yeni müştəriləri cəlb etmək və müştəri bazasını genişləndirmək, potensial müştərilərlə fərdi görüşlər keçirmək;
  • Kommersiya təkliflərini formalaşdıraraq müştərilərə təqdim etmək;
  • Müxtəlif tenderlərdə iştirak edərək tender təkliflərini hazırlamaq və müştərilərə təqdim etmək;
  • Mövcüd müştərilərlə görüşlər keçirmək, xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər hazırlamaq və təşəbbüslər irəli sürmək;  
  • Müştərilərlə görüş və təqdimatlarda, eləcə də sərgi, konfrans və digər tədbirlərdə şirkəti təmsil etmək; 
  • Satış hədəflərinə nail olmaq məqsədilə səmərəli təkliflər irəli sürmək;
  • Təyin olunmuş müddətlərdə və təsdiq olunmuş formada həyata keçirilmiş işlər haqqında hesabatlar təqdim etmək;
  • Danışıqlar keçirilərkən danışıq qaydalarına və iş etikasına riayət etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Korporativ satış üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis və rus dili biliyi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Satış və müştəri yönümlülük;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Poçt Daşıma Mərkəzi, Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-ci məhəllə

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Korporativ satış üzrə mütəxəssis (Azərekspresspoçt)” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi