Satış məsləhətçisi

İşin təsviri

İş barədə məlumat:

  • Mağazanın satış işini təmin etməlidir;
  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Mağazanın forma geyim tələblərinə riayət etməlidir.

Namizədə tələblər:

  • 18-30 yaşı;
  • Bəsit riyazi biliklərin olması vacibdir;
  • Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
  • Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

Əmək Şəraiti:

  • Əmək haqqı: 400-600 AZN;
  • İş rejimi: Həftənin 6 günü;
  • Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.

Badamdar, Yeni Yasamal əraziləri üzrə yalnız xanım namizədlər, Koroğlu, Dərnəgül, Nərimanov, 28 may, Şərq bazarı, Xutor,Gənclik,Yeni Günəşli,  Bakıxanov, Buzovna, Məhəmmədi əraziləri üzrə bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron ünvanına və ya 055-500-91-00 nömrəsinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar