İşin təsviri
                
                
                                
                Vəzifə Öhdəlikləri:
	- Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və fasiləsiz işləməsini təmin edilməsi (Switches, Routers, Firewalls, Wireless LAN Controller, Access Points);
 
	- Çağrı mərkəzinin davamlı olaraq işlək vəziyyətinin təmin edilməsi;
 
	- İP telefoniya sisteminin quraşdırılma və konfiqurasiya bacarıqları;
 
	- Şəbəkə və telefoniya infrastrukturunun monitorinqi;
 
	- Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi;
 
	- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
 
	- İnformasiya texnologiyaları siyasətinə uyğun proseduraların yazılması və dəyişikliklərin sənədləşdirilməsi;
 
	- İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
 
	- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
 
	- Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlərin təşkil edilməsi və həyata keçirilməsi.
 
Namizədə olan tələblər:
	- İş təcrübəsi: Şəbəkə administrator kimi ən azı 3 il iş təcrübəsi
 
	- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
 
	- Texniki bacarıqlar: NGFW (Palo Alto, Fortigate) üzrə dərin biliklər;
 
	- Cisco switching, routing, wireless üzrə dərin biliklər;
 
	- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
 
	- TCP/IP və OSI modeli haqqında dərin biliklər;
 
	- VLAN, OSPF/EIGRP üzrə biliklər.
 
	- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
 
Üstünlüklər:
	- Firewall (Palo Alto, Fortigate), VoIP (3CX) üzrə sertifikatların olunması;
 
	- Şəbəkə (CCNA, CCNP) üzrə müvafiq sertifikatların olunması;
 
	- MS Windows Server ƏS üzrə iş təcrübəsi;
 
	- DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
 
	- Virtuallaşma sistemləri üzrə iş təcrübəsi.
 
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.