Plastik Kartların mühasibatlıq bölümü üzrə köməkçi

  • Yapi Kredi Bank
  • Elanın qoyulma tarixi: 19.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi  təhsili olması daha məqsədə uyğundur);
  • Mükəmməl Azərbaycan dili, İngilis dili
  • Yaxşı Excel bilikləri 

Funksional Öhdəliklər:

  • Yerli qanunvericlik tələblərinə və  bank daxili qaydalara uyğun tələb olunan hesabatları hazırlamaq və təqdim etmək;
  • Plastik kartlarla əlaqədar əməliyyatların və müxabirləşmələrin gündəlik kontrolunu həyata keçirmə;
  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlamaq və ya həmin hesabatların hazırlanmasını təmin etmək;  
  • Alternativ xidmət kanalları vasitəsi ilə həyata keçirilən hesablaşmaların yoxlanılması;
  • Beynəlxalq ödəniş sistemləri / Banklararası kart mərkəzinin qaydalarını izləmək və həmin qaydalara əsasən proseslərin həyata keçirilməsini təmin etmək;
  • Beynəlxalq ödəniş sistemləri standartlarına uyğun bank ilə ödəniş sistemləri arasında müxabirləşmənin və hesablaşmanın həyata keçirilməsi;
  • Ödəniş kartlarına dair layihələrin həyata keçirilməsi zamanı sistem infrastrukturuna uyğun tələbləri müəyyən etmək eyni zamanda test nəticələrinin doğru şəkildə reallaşmasını təmin etmək;
  • Bank ödəmə sistemi proseslərini (Visa, Master, Milli Kart və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq ;
  • Filiallardan və aidıyyati bölümlərdən daxil olan istək və müraciətlərini yüksək səviyyədə yerinə yetirmək;

CV-lərinizi e-mail ünvanına göndərmənizi xahiş edirik. 

İşəgötürənin reytinqi