İşin təsviri
                
                
                                
                Ümumi vəzifə öhdəlikləri:
	- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
 
	- Yeni proqramların yaradılması.
 
Namizədə qarşı tələblər:
	- IOS proqramlaşdırma üzrə minimum 1-3 il iş təcrübəsi;
 
	- Swift üzrə dərin biliklərə sahib olmaq;
 
	- Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübəyə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
 
	- MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
 
	- Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
 
	- RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
 
	- Unit və UI testlərin yazılmasında təcrübə;
 
	- iOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
 
	- REST API və JSON struktur ilə iş təcrübəsi;
 
	- CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
 
	- Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
 
	- GİT ilə geniş təcrübə;
 
	- Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
 
	- OOP, SOLID prinsiplərini dərindən bilmək;
 
	- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2 aprel 2024-cü il tarixinədək emailin mövzu hissəsində IOS developer qeyd edərək elektron ünvanına göndərə bilər. 
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.