Keyfiyyətə nəzarət üzrə mühəndis

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 19.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  •  Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
  • Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
  • Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; 
  • Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək; 
  • Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək; 
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq; 
  • 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
  • Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
  • Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
  • Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi; 
  • Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
  • Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
  • Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq;
  • İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini araşdırmaq, onların aradan qaldırılması üzrə təkliflər və zəruri tədbirlərin işlənib hazırlanmasını tələb etmək.

Tələblər:

  • Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office .