Girov əmlakının sığortası şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 29.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞ PROFİLİ

Girov əmlakının sığortası şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Potensial partnyorlar ilə görüşlər, təqdimatlar keçirmək
• Partnyorları polislərin yazılışı və sığorta şərtləri ilə tanış etmək.
• Potensial partnyorlar ilə müqavilələr bağlamaq.
• Loyallığın artırılması məqsədi ilə partnyorlar ilə müntəzəm zənglər və görüşlər təşkil etmək.
• Partnyorlardan artıq yazılmış polislərin alınması və yeni polislərin yazılması.
• Yazılmış və korlanmış polislərin qeydiyyat bazasını aparmaq.
• Polislərin qəbulu və təhvili haqqında aktlar hazırlama.
• İxtisas artırmaq məqsədi ilə treninqlərdə iştirak etmək.
• Görülmüş işlər haqqında həftəlik hesabat hazırlamaq.
• Polisləri möhürləmək.
• İlk dəfə müraciət edən müştərilərlə işləmək.
• Potensial müştərilər bazasını tərtib etmək.
• Müştərilərin məlumat dəstəyini həyata keçirmək.
• İnformasiya sistemində müştəri haqqında  məlumatları aktual vəziyyətdə saxlamaq.
• Müştəriləri lazımi paylayıcı və müşayiətedici materiallar ilə təmin etmək.
• Operativ planda nəzərdə tutulmuş sərgilərdə və digər tədbirlərdə iştirak etmək.
• Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:

• Yaş: 22-30
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan, Rus.
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində)
• Kompyuter bilikləri: Excel, Word

• Ünsiyyət, inandırmaq bacarığı

İş şərtləri

• İş vaxtı: 9:00 - 18:00
• İş günü:5/2
• İş yeri: Baş ofis
• Şirkət tərəfindən nahar verilir
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Əmək haqqı: 400-500 + motivasiya

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )