Anbardar

İşin təsviri

Vəzifə tərifi:  

Biz Təchizat Sistemlərinin bir hissəsi olmaq üçün Anbardar axtarırıq.

İş mövsümidir – 5 aylıq

Vəzifə təlimatları:

  • İstehsal olunmuş məhsulların anbarda yerləşdirilməsinə nəzarət etmək
  • Yığılmış qarışıq paletlərin düzgün yığılmasına nəzarət etmək
  • İdxal olunan məhsulların boşaldılmasına və yerləşdirilməsinə nəzarət etmək
  • Rayon maşınlarının vaxtında və düzgün şəkildə yüklənməsini təşkil etmək
  • Anbarların təmizliyinə nəzarət etmək və bütün tələblərə uyğun metodlardan istifadə etmək

İş üç (3) növbəlidir:

  • Birinci növbə saat 07:30 başlanır və saat 15:30 qurtarır (fasilə vaxtı:13:00-14:00)
  • İkinci növbə saat 15:30 başlanır və saat 23:30 qurtarır (fasilə vaxtı:18:00-19:00)
  • Üçüncü növbə saat 23:30 başlanır və saat 07:30 qurtarır (fasilə vaxtı:02:00-03:00)

Tələblər:

  • Müvafiq sahədə mininmum 1 il iş təcrübəsi
  • Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət bacarığı

Təhsil:

  • Müvafiq sahə üzrə Bakalavr təhsili