Layihələrin idarəolunması şöbəsinin məsləhətçisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə olması üstünlükdür);
  • Layihələrin idarəolunması sahəsində minimum 2 il iş təcrübəsi;
  • Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
  • PMP, PMO və ya PMI sertifikatlarının olması üstünlükdür;
  • Yaxşı səviyyədə İngilis dili biliyi;
  • MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Vaxtın idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə və ünsiyyət bacarıqları.

Görəcəyiniz işlər: 

  • Layihə tələblərini və məqsədlərini müəyyən etmək üçün daxili müştərilərlə əlaqə saxlamaq;
  • Büdcə daxilində qalmaq üçün layihə xərclərinə nəzarət etmək;
  • Layihənin mərhələləri və nəticələrinin izlənməsi;
  • Layihə sənədlərinin hazırlanması;
  • Layihə planlarına dəyişikliklərin təklif edilməsi, nəzərdən keçirilməsi və təsdiq edilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 26.03.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.