Sahə mühəndisi (təmir-tamamlama üzrə, Bakı)

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Məsul olduğu tikinti layihəsinin sənədlərə uyğun tikintisini icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;
  • Alçipan ara bölmə, alçipan tavan, seramik bitiş materiallarının yerində icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
  • İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək;
  • Podratçı təşkilat və ustaların ümumi iş qrafikinə görə işlərinin təşkili, material və texnika ilə təmin etmək;
  • Sahədə layihə çizgilərini incələmək və yoxlanmasını təmin etmək;
  • Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
  • (DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır)

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Sahə mühəndisi (təmir-tamamlama üzrə) yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi