UX/UI Dizayner

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Məhsul fərziyyələrinin yaradılması və yoxlanılması;
  • Statistika, iri həcmli məlumatların analizi;
  • Müştərilərlə intervyu və fokus-qrupların keçirilməsi;
  • Araşdırma predmetinə uyğun sorğuların hazırlanması;
  • İstifadə axını (User flow) yaradılması;
  • İnformasiya arxitekturasının (IA) qurulması (Struktur, naviqasiya);
  • İnterfeys ekranlarının yaradılması (iOS, Android, Web);
  • Məhsul və ya funksionallığın tam işlək prototipinin yaradılması;
  • İstifadə testi (Usability testing) keçirilməsi, nəticələrin analizi və hesabatın hazırlanması;
  • Verilənlər və araşdırma nəticələri əsasında məhsul rəhbəri, mühəndislər və digər çarpaz-funksional və Agilə yanaşma tətbiq edən komandaların üzvləri ilə biznes həllərin yaradılması.

Tələblər:

  • İstifadəçi təcrübəsi və interfeysi yaradılması üzrə 3 ildən artıq təcrübə;
  • İnterfeys dizayn barədə əsas biliklər: Tipoqrafiya, rəng, qrid, qeştalt prinsipləri, kompozisiya və s;
  • Əlçatanlıq (Accessibility) üzrə əsas biliklər;
  • Figma, FigJam, Adobe Creative Suite alətləri ilə işləmə bacarığı;
  • UI Kit, Dizayn sistemi ilə işləmə bacarığı;
  • Agile yanaşma barədə ilkin biliklər;
  • “Intermediate" səviyyəsində İngilis dili.

İşəgötürənin reytinqi