Təmir üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müqavilələri hazır olan, təmir, avadanlıq alışı, reklam materiallarının alışı və montajı, həmçinin digər umumtəmir və xüsusi tikinti işlərinədə ən yaxşı qiymət təkliflərinin izlənməsi, 
  • Müqavilələr üzrə danışıqların aparılması, müqavilələrin bağlanması, fakturaların ödənilməsinə nəzarət, 
  • İcarə müqaviləsinin imzalanması zamanı məkanların yoxlanılması, tikinti işlərinin qəbulu, icarə müqavilələrinin ləğv edilməsi zamanı obyektlərin transferinin təşkili, 
  • Obyektin müəyyən müddətə təmirinin təşkil və təminatı, obyektin işlək vəziyyətdə saxlanılması ilə bağlı müddəti boyunca, 
  • İcarə edilmiş obyektlərlə bağlı hökumət tələbləri sahəsində normativ qanunvericilik sənədlərinin araşdırılması, 
  • Ümumi və fərdi obyektlərin işə salınması üçün plan-təqvimin hazırlanması və aparılması, 
  • Layihə sənədlərinin hazırlanması, 
  • Xərclərin və digər materialların alınmasının təminatı, 
  • Namizədə tələblərə uyğun rəhbərlik tərəfindən verilmiş digər vəzifələrin icrası.

Namizədə tələblər:

  • Azərbaycan və Rus dillərində bilik səviyyəsi. 
  • Biznes, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi. 
  • Bazarın genişlənməsi və ya biznesin inkişafı sahəsində 2 ildən artıq təcrübə. 
  • Kommunikativ, təşkilatçı və problem həll etmə bacarıqlarına malik olmaq. 
  • Rəqəmlər ilə işləmə bacarığı. 
  • Detallara diqqət yetirilməsi. 
  • Kompyuter bilikləri: MS Office, Excel. 
  • Stress altında işləmə bacarığına malik olmaq.
  • Vaxt idarəsi bacarığına malik olmaq 

İş şəraiti:

  • İş qrafiki – 5/2
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə zamanı təyin ediləcək

Siz DəyərliSən platformasına çıxış əldə edəcəksiniz! DəyərliSən, xüsusi olaraq PAŞA Qrupun əməkdaşları üçün nəzərdə tutulmuş və istifadəçilərə xüsusi üstünlüklər təqdim edən loyallıq proqramı məhsuludur. Istifadəçilər onlara verilən xüsusi kod vasitəsilə qeydiyyatdan keçə və xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Namizədlərdən CV-lərini “Təmir üzrə mütəxəssis” başlığı ilə ingilis və ya rus dilində elektron ünvanına göndərmələri xahiş olunur.

Bu, sizi yeni bir macəraya gətirəcək və fərqli imkanlar yaradacaq bir addımdır. Uğurlar!