Əməliyyat risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis/mütəxəssis

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və risklərin idarə edilməsi üzrə);
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarə olunması üzrə sertifikatların olması üstünlükdür;
  • Bank sektoru (nəzarət və ya əməliyyat sahəsi) üzrə  minimum 1 il iş təcrübə arzuolunandır;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • MS Excel, PowerPoint və Word proqramları ilə yaxşı səviyyədə işləmək qabiliyyəti;
  • İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);

Vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin
  • müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermədə işində iştirak edilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində  risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək..

Bizim təkliflərimiz:

  • Rəqabətli əmək haqqı
  • Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
  • Beynəlxalq Risk menecment treninqlərində iştirak etmək imkanları

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

İşəgötürənin reytinqi