Verilənlər Bazasının İnzibatçısı

  • Avrora
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Verilənlər bazası obyektlərinin yaradılması;
  • Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması;
  • Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması;
  • Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması;
  • Verilənlər bazası sistemlərinin monitorinq edilməsi və optimallaşdırılması;
  • Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması;
  • Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırılıb test və real sistemlərdə tətbiq olunması;
  • Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi;
  • Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması;
  • Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
  • Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyinin təmin edilməsi;
  • Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
  • Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
  • Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması;
  • Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi;
  • Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi;
  • ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi;
  • Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi;
  • Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərinin görülməsi;
  • Dəyişikliklərin sənədləşdirilməsi; 
  • Kritik əhəmiyyətli sistemdə 7/24 dəstək göstərilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

  • Nəticəyönümlülük;
  • Punktuallıq;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə olması arzuolunandır);
  • MS SQL 2014/2016/2017/2019 üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
  • SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər;
  • Texniki səviyyədə ingilis dili bilikləri.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Verilənlər Bazasının İnzibatçısı” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi