Həkim-Terapevt

İşin təsviri

Tələblər:

  • Azərbaycan dili mükəmməl səviyyədə
  • Ali tibbi sahə üzrə təhsil (Rezidentura təhsili üstünlükdür)
  • Rus dili arzu olunandı,
  • Yaxşı səviyyədə MS Office - Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.
  • Səlis danışıq qabiliyyəti
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
  • Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
  • Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olmas

Vəzifə öhdəlikləri:

  • Müayinələrin, avadanlıqların işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparmaq; 
  • Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət etmək; 
  • Laboratoriya daxili nəzarətin həyata keçirilməsini təmin etmək.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Gündəlik 3 dəfə qidalanma;
  • Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.

Struktur: Tibb 

Tabeçilik: Baş həkim

Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Həkim-terapevt” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi