İşin təsviri
Vəzifənin məqsədi:
Keyfiyyət təminatı proqramlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək və keyfiyyəti idarəetmə sisteminin siyasətlərini formalaşdırmaq, o cümlədən keyfiyyət idarəetmə sistemini effektiv şəkildə idarə etmək və təşkilat daxilində tətbiq olunan digər idarəetmə sistemləri ilə uğurla inteqrasiya etmək.
Vəzifə öhdəlikləri:
- İdarəetmə Sistemi Standartlarının (MSS) tələblərinə riayət edilməsini təmin etmək;
- İdarəetmə Sistemi Standartları üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi üçün məlumat toplama prosesinə cəlb olunmaq;
- Təşkilat daxilində İdarəetmə Sistemi Standartları siyasətləri və digər müvafiq tələblər barədə məlumatlı olmaq, onların başa düşülməsini və lazımi ünsiyyətin olmasını təmin etmək üçün metodlar həyata keçirmək;
- Daxili/xarici auditin planlaşdırılması, hesabatın təqdim edilməsi və sonrakı tədbirlərlə bağlı daxili audit qrupunun üzvü kimi Keyfiyyət təminatı üzrə baş mütəxəssislə əməkdaşlıq etmək;
- Keyfiyyətlə bağlı sənədlərin (siyasət, məqsədlər, prosedurlar, iş təlimatları, formalar və s.) işlənib hazırlanması və nəzərdən keçirilməsinə dəstək olmaq;
- Müvafiq olaraq təşkilati prosedurları/iş təlimatlarını nəzərdən keçirmək və şərh etmək.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi (Texniki elmlər və ya Biznesin idarə olunması/Layihənin idarə edilməsi üzrə təhsilə üstünlük verilir (Magistr dərəcəsinin olması üstünlükdür.);
- Keyfiyyət təminatı ilə əlaqəli sertifikatların olması yüksək qiymətləndirilir;
- ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlarından hər hansı biri üzrə baş auditor sertifikatı;
- Keyfiyyətin idarə olunması ilə bağlı oxşar vəzifələrdə 3 il iş təcrübəsi (Neft-qaz sənayesində olması üstünlükdür);
- İdarəetmə sistemləri üzrə daxili auditlərin planlaşdırılması, keçirilməsi, hesabat olunması və izlənilməsi;
- Keyfiyyət təminatı terminləri, metodları və vasitələri üzrə biliklərin olması;
- İdarəetmə sistemi standartlarını (ISO 9001, ISO 14001, ISO 45001) yaxşı başa düşmək və şərh etmək;
- Microsoft Office proqramlarından mükəmməl səviyyədə istifadə etmək;
- İngilis dili üzrə biliyin orta səviyyədən yuxarı (upper-intermediate) olması;
- Dəyişən təşkilati və əməliyyat tələbatlarına uyğunlaşma bacarığı;
- Çoxsaylı tapşırıqları eyni zamanda idarə etmək qabiliyyəti;
- Komanda daxilində çoxsaylı funksional bölmələr və ixtisaslaşma sahələri üzrə yaxşı işləmək qabiliyyəti;
- Güclü müşahidəçi və detallara qarşı diqqətcil olmaq qabiliyyəti;
- Həm şifahi, həm də yazılı şəkildə yaxşı ünsiyyət qurmaq bacarığı;
- Tədbirli və təşəbbüskar olmaq qabiliyyəti;
- Beynəlxalq standartlara uyğun olaraq müstəqil işləmək, qanunvericilik tələblərini, təşkilat təlimatlarını və prosedurlarını şərh etmək, funksional məqsədlərə və peşəkar standartlara cavab vermək.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Keyfiyyətin təminatı və biznes proseslər üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 23.03.2024