Tender üzrə mütəxəssis

  • Nazim1001
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Xanım işçilərə üstünlük verilir;
  • Azərbaycan, rus dili üstünlükdür;
  • Satınalma və tender sahəsində ən azı 1 il iş təcrübəsi;
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Kompyuter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
  • İşə planlı yanaşması;
  • Yüksək məsuliyyət, diqqətcil olmaq;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalı;
  • Yaş həddi 25-35 yaş arası;

Vəzifəyə aid tələblər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;  

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
  • İşçi korporativ nömrə və danışıq balansı ilə təmin olunur;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;

Tələblərə uğun namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.