Risk Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 21.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Risk Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi qəbulu elan edir

İşin təsviri:

• Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək;
• Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi və təsdiqlənmiş limitlərə nəzarət edilməsində iştirak etmək;
• Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması barədə öz təkliflərini vermək;
• Kredit riskləri sahəsində risklərin idarə edilməsi üzrə yeni alətlərin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bölmənin işinə aid prosedur, təlimat və qaydaların hazırlanmasında iştirak etmək;
• Bankda kredit riskinin azaldılması məqsədilə müvafiq kredit əməliyyatlarını təhlil edərək öz rəyini bildirmək;

Namizədə qarşı tələblər:

• İqtisadiyyat və idarə etmə sahəsində ali təhsil;
• Yüksək riyazi və statistik biliklərə sahib olmaq;
• İngilis dilini yaxşı səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük verilir) ;
• Microsoft Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığının olması (SQL və VBA bilənlərə üstünlük erilir) ;
• Araşdırma və analiz qabiliyyəti olmalı;

Qeyd: Təcrübənin müddəti ilkin 3 ay olması nəzərdə tutulur. Bu müddət ərzində təcrübəçi özünü  bacarıqlı, işgüzar göstərərsə təcrübənin növbəti 3 ay müddətinə uzadılması planlaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 fevral 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risk Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.