Memar

İşin təsviri

Əmək haqqı: 2000-2500 AZN.

Öhdəliklər:

  • Layihələrin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması;
  • Memarlıq və mühəndislik planlarının nəzərdən keçirilməsi və layihələndirilməsinə nəzarət;
  • Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək;
  • Eskiz layihənin hazırlanması;
  • Eksteryer və İnteryer 3D görünüşlərin hazırlanması.
  • Tender şöbəsinə təqdim etmək üçün layihələr üzrə spesifikasiyaların hazırlanması.

Tələblər:

  • AutoCAD, ArchiCad, 3D Max proqramlarında sərbəst işləmək bacarığı;
  • Eskiz layihə işləmək bacarığı;
  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Rus dili biliyi mütləqdir.

Əlavə məlumat:

  • İş qrafiki: 6/1, 10:00-18:00
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.