Korporativ satış mütəxəssisi

  • Təkər Store
  • Elanın qoyulma tarixi: 02.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ və topdan satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
  • Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Korporativ və topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
  • Daxil olan sorğuları vaxtında və dəqiq cavablandırlması.
  • Müştərilərə şirkət məhsulları və xidmətləti ilə tanış etdirilməsi.
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması 
  • Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və mümkün təkliflərin vaxtında təqdim olunması
  • Ödənişlərin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
  • Sifarişlərin çatdırılma prosesinin nəzarətdə saxlanılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi.
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Potensial müştərilərlə  görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmə
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq

Tələblər:

  • Yaş 23-40
  • Bəy namizəd 
  • Avtomobil sahəsi üzrə biliyin olması 
  • Ali təhsil;
  • Korporativ satış üzrə minimum +3 il təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
  • Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək İngilis dili arzu olunandır 
  • Rəqəmsal marketing üzərindən satışın bacarığı, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, Linkedin və.s.)
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması
  • Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi
  • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması

İş şəraiti: Ofis, Korporativ nömrə 

İş günləri: I-VII günlər;

Əmək haqqı: Müsahibə əsasında formalaşır 

İş saatı: 10:00-19:00;

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təkər Store tərəfindən digər vakansiyalar