Həkim-ekspert (Tibbi sığorta departamenti)

  • Mega Insurance
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali Tibbi.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı,  intizamlılıq, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.     
  • İş təcrübəsi: 3 il tibbi sığorta sahəsində, onlardan 1 il tibbi sığorta ekspertizası  sahəsində.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. Ingilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.  
  • Kompüter bacarıqları: Microsoft Office  Word və Excell – sərbəst istifadəçi.

Əsas vəzifə öhdəlikləri:

  • Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək.
  • Tibb müəssisələri tərəfindən yazılmış reyestrləri yoxlamaq və tibbi sığorta proqramı üzrə uyğunluğu müəyyən etmək.
  • Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə görə ödəmə  aktlarını hazırlamaq.
  • Tibb müəssisələri ilə əlaqəli şəkildə işləmək.
  • Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktları və digər sənədlərini şöbə rəhbərliyinə təqdim etmək.
  • İşlənmiş məlumatları əməliyyat sisteminə yükləmək.
  • Sığorta ödənişlərinin uçotunu aparmaq.

Əmək şəraiti və şərtləri:

  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Əmək haqqı: Əmək müqaviləsi ilə müəyyən olunur namizədin təcrübə və səriştəliyinə uyğun.  

Zəhmət olmasa mövzü bölməsində Həkim-ekspert qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.