Kopirayter

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin mövcud rəqəmsal kanalları üçün müxtəlif formatlarda yüksək keyfiyyətli, orijinal, cəlbedici və uyğun məzmunun yaradılması və redaktə edilməsi
  • Reklam mətnlərinin, şüarlarının yazılması
  • Kontentin optimallaşdırılması və xüsusi ifadələri müəyyən etmək üçün açar söz araşdırması aparmaq və nəticələrdən istifadə etmək
  • Yazılan mətnlərin satış yönümlü, şirkət və SEO prinsiplərinə uyğun olmasının təmin edilməsi
  • Axtarış motoru reytinqlərini yaxşılaşdırmaq üçün səhifədəki kontenti, o cümlədən meta başlıqları, meta təsvirləri və əsas mətni optimallaşdırmaq
  • Yeni kontent ideyaları yaratmaq üçün müxtəlif komandalarla əməkdaşlıq etmək
  • Dizayner və yaradıcı komanda üzvləri ilə iş birliyinin təmin edilməsi
  • Düzgün kommunikasiyanın təmin edilməsi üçün təyin edilmiş açar sözləri, mesajlar və brend tonunun saxlanılmasını təmin edəcək mətnlərin yazılması
  • SEO alətləri və analitik platformalardan istifadə edərək məzmun performansını izləmək və təhlil etmək
  • SEO anlayışları və istifadəçi rəyləri əsasında content auditləri aparmaq və təkmilləşdirmələri həyata keçirmək
  • Mediada yayımlanan reklam və press-relizlərin monitorinqini həyata keçirmək
  • Yeniliklərin və trendlərin izlənməsi, rəqib araşdırmasının edilməsi və nəticələrin iş prosessində istifadə edilməsi

Namizədə tələblər:

  • Ali təhsil ( Marketinq, Biznesin idarə edilməsi)
  • Müvafiq vəzifədə 1 il iş təcrübəsi (agentlikdə iş təcrübəsi arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, ingilis dili arzuolunandır
  • Proqram bilikləri: MS Word, MS Excel, MS Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət üçün CV-nizi mövzu hissəsində "Kopirayter" qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.