SMM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SM hesablarının (Facebook, Instagram, Twitter, LinkedIn, Whatsapp, Youtube və s.) yaradılması, düzgün qurulması və idarə edilməsi
  • Seqmentlər üzrə strategiyanın və marketinq planının yazılması, həyata keçirilməsi və monitorinqi
  • SM hesabları üçün kontent planın hazırlanması
  • Düzgün kommunikasiyanın (açar sözlərinin, brend tonunun, çatdırılacaq mesajların və s.) qurulması
  • Kontentin SM hesablarında yerləşdirilib, idarə edilməsinin təmin edilməsi
  • Yeniliklərin və trendlərin izlənməsi, rəqib araşdırmasının edilməsi və nəticələrin iş prosessində istifadə edilməsi
  • Kontenti və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələrin təklif edilməsi
  • Kontent üçün mətnlərinin yazılması
  • SM hesablarından daxil olan müştəri müraciətlərinin cavablandırılması və lazimi şöbələrə düzgün yönləndirilməsi
  • Brendə qarşı sadiqlik (loyallıq) yaratmaq, yeni müştəriləri cəlb etmək
  • Mediada yayımlanan reklam və press-relizlərin monitorinqini həyata keçirmək
  • Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirləri görmək və rəhbərliyə zamanında mövzu ilə əlaqədar məlumat vermək
  • SM üçün reklam, aksiya və kampaniyaların yaradılması və idarə edilməsi
  • Reklam, aksiya və kampaniyalar üçün büdcə planlamasının aparılması və idarə edilməsi
  • Reklamların düzgün quraşdırılması (targetlənməsi)
  • Reklam nəticələrinin izlənilməsi və analiz edilməsi
  • Hesablar ilə bağlı aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Vizual yaradılmasına dəstəyin verilməsi

Namizədə tələblər:

  • Ali təhsil ( Marketinq, Biznesin idarə edilməsi)
  • Müvafiq vəzifədə 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, ingilis dili arzuolunandır
  • Proqram bilikləri: MS Word, MS Excel, MS Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət üçün CV-nizi mövzu hissəsində "SMM üzrə mütəxəssis" qeyd etməklə göndərməyiniz xahiş olunur.