Beynəlxalq Logistika üzrə mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Microsoft Office proqramları;
  • Sahəsində minimum 3 il iş təcrübəsi;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
  • Hesabat hazırlama bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
  • Xarici idxal/ixrac qanunvericiliyini bilmək;

Vəzifə Öhdəlikləri:

  • Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi; 
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində  xarici əlaqələrin təşkili;
  • Beynəlxalq yüklərin daşınmasına nəzarət etmək və optimal nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
  • Beynəlxalq bazar araşdırmasını təşkil etmək, təchizatçılarla görüşmək;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə uzunmüddətli əlaqələrin yaradılması;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
  • Görülən işlərin hesabatını hazırlamaq, sığorta və daşınma xərclərinin ödənişə verilməsi və təqibini aparmaq.

İş şəraiti: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı

 

İşəgötürənin reytinqi